Azərbaycan incəsənətinə ağır itki üz verib
08 Sentyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
240
19.09.2024, 21:17
Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki ərazidə ağacəkmə aksiyası keçirilib.
Publika.az xəbər verir ki, “IDEA” könüllülərinin iştirakı ilə baş tutan budəfəki aksiya ümumi sahəsi 7 hektar olan yaşıllıq zonasının bir hissəsində təşkil olunub. Aksiya zamanı 200 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.
Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.
“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.
Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” qaynar xətti və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən “qaynar xətt”ə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.





00:20 / 08 Sentyabr 2026
31
00:18 / 08 Sentyabr 2026
303
00:08 / 08 Sentyabr 2026
72
23:59 / 07 Sentyabr 2026
46
23:36 / 07 Sentyabr 2026
129
23:26 / 07 Sentyabr 2026
54
23:22 / 07 Sentyabr 2026
1039
23:16 / 07 Sentyabr 2026
63
23:14 / 07 Sentyabr 2026
187
23:09 / 07 Sentyabr 2026
46
22:44 / 07 Sentyabr 2026
72
22:09 / 07 Sentyabr 2026
82
21:59 / 07 Sentyabr 2026
76
21:45 / 07 Sentyabr 2026
63
21:30 / 07 Sentyabr 2026
56
21:23 / 07 Sentyabr 2026
72
21:03 / 07 Sentyabr 2026
60
20:58 / 07 Sentyabr 2026
67
20:54 / 07 Sentyabr 2026
63
19:54 / 07 Sentyabr 2026
80
19:50 / 07 Sentyabr 2026
810
19:48 / 07 Sentyabr 2026
151
19:45 / 07 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.