Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118418
az

Hərbi Prokurorluq DSX ilə birlikdə tədbir keçirdi - FOTOLAR

13:4319 Sentyabr, 2024
84
CƏMİYYƏT
  • A

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksəkrütbəli hərbi qulluqçuları Qazax rayonunda rayon rəhbərliyinin iştirakı ilə birgə tədbir keçirib.

Hərbi Prokurorluqdan bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Sonra Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, general-mayor Misir Əliyev, baş ədliyyə müşaviri Firad Əliyev, Şəmkir hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı İlham Babayev və digər şəxslər çıxış ediblər. Onlar çıxışlarında dünyaşöhrətli nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin həyat yolundan, xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə görülən misilsiz işlərdən, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından danışıblar. Bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və xalqın müdrikliyi də xüsusi vurğulanıb. Tədbirdə, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Dövlət Sərhəd Xidməti ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən bəhs olunub.

Bundan başqa, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və məsuliyyətdən söhbət açılıb.

Daha sonra hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

Sonda ağacəkmə aksiyası təşkil olunub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ