Azərbaycan incəsənətinə ağır itki üz verib
08 Sentyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
734
19.09.2024, 12:39
Əməkdar artist Elza Seyidcahan ın “Tüpürcəyim baldır mənim” şeiri sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.
Bir çox sosial şəbəkə istifadəçiləri rəylərdə müğənninin artıq həddini aşdığını qeyd ediblər.
Bir sıra tanınmış şəxslər də məsələyə münasibət bildirib. Onlar Elza Seyidcahanın yazdığı bu şeiri sərt şəkildə tənqid ediblər. Azərbaycan Yazıçılar Birliyinin sədri Anara müğənninin bu tip şeirləri ilə bağlı yerli media nümayəndələrindən sorğu ünvanlansa da rəsmi cavab verilməyib.
Oxu24.com xəbər verir ki, CityPost.az saytına açıqlamasında Azərbaycanda tanınmış şair Şəmsi Vəfadar da Elza Seyidcahanın bu şeirinə münasibət bildirib.
“Elza Seyidcahan adlı müğənni, və ya bəstəkar ola bilsin ki, var. Mən amma bu adda şair tanımıram. Belə bir hikmətli kəlam var: “Bir insan ağrıdan dəli olanda ətrafdakılar onun ağrılarından yox, məhz dəliliyindən danışırlar”,-deyə Şəmsi Vəfadar bildirib.
Şair Şəmsi Vəfadar Elza Seyidcahanın psixoloji problemlərinin olduğunu qeyd edib.
-Bəzi insanlar çox hallarda xəstə ruhlu məxluqların düşdüyü durumlarından öz xeyirlərinə faydalana bilirlər. Elza Seyidcahanın ədəbiyyata heç bir aidiyyatı yoxdur. Elzanın Azərbaycan Yazıçılar Birliyində nə işi var axı?! İndi də onu oradan qovmağın,uzaqlaşdırmağın yolları və perespektivləri ətrfaında düşünüb,gəzişmələr aparılsın.
Sözsüz ki, hər kəsin öz pərəsətişkarı var.Elzanın şeirini oxuyanlar,bəyənənlər və ya bəyənməyənlər, tərzini,saç düzümünü müzakirə edənlər onunla eyni səviyyənin daşıyıcılarıdır.
Bilirsiniz, yazıçı,şair öz taleyini,öz içində olanları yazır. O qadının yazdığı cızma-qara da onun hansı həyat tərzi keçirdiyini,yaşantılarını göstərir.Digər yandan belə hesab edirəm ki, onun yazdıqlarını hadisəyə çevirmək lazım deyil.
Ölkədə vacib məsələlər qalıb bir yanda hamı Elzanın şeirindən danışır. Xəstə ruhlu insandır,icazə versinlər nə deyir desin,öz həyatını yaşasın,görünür onun ciddi psixoloji problemləri var. O bu ağılla hələ deputat da olmaq istəyirdi. Yaxşı olar ki,özünü həkimə göstərsin.
Kərim Nalə,İlyas Ərnəfəs,Bəşir Kəsərli də onun kimi ağzılarına gələni danışırdılar...
00:20 / 08 Sentyabr 2026
31
00:18 / 08 Sentyabr 2026
303
00:08 / 08 Sentyabr 2026
72
23:59 / 07 Sentyabr 2026
46
23:36 / 07 Sentyabr 2026
129
23:26 / 07 Sentyabr 2026
54
23:22 / 07 Sentyabr 2026
1039
23:16 / 07 Sentyabr 2026
63
23:14 / 07 Sentyabr 2026
187
23:09 / 07 Sentyabr 2026
46
22:44 / 07 Sentyabr 2026
72
22:09 / 07 Sentyabr 2026
82
21:59 / 07 Sentyabr 2026
76
21:45 / 07 Sentyabr 2026
63
21:30 / 07 Sentyabr 2026
56
21:23 / 07 Sentyabr 2026
72
21:03 / 07 Sentyabr 2026
60
20:58 / 07 Sentyabr 2026
67
20:54 / 07 Sentyabr 2026
63
19:54 / 07 Sentyabr 2026
80
19:50 / 07 Sentyabr 2026
810
19:48 / 07 Sentyabr 2026
151
19:45 / 07 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.