Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir
23 Noyabr 2026, 10:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
277
19.09.2024, 12:29
Xəbər verdiyimiz kimi Qırmızı Ürəklər Fondu ölkənin birinci bankı Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “Sıfır Tullantı” həmrəylik marafonuna start verib. 2 ay davam edən marafon Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Şəki-Zaqatala və Bakı iqtisadi rayonlarını əhatə edib.
25 rayonda yerləşən Kapital Bank filiallarında çalışan əməkdaşlardan ibarət 181 könüllü ümumilikdə 2494 kq tullantı toplamağı bacarıb.
Marafonun finalı isə 14 sentyabr 2024-cü il tarixində, Bakı şəhərinin Bilgəh qəsəbəsində təmizlik aksiyası ilə yekunlaşıb. Ekosistemə daxil olan Kapital Bank, “PashaPay” MMC və “Competo” MMC şirkətlərinin əməkdaşlarının, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və ekologiya könüllülərinin iştirakı ilə keçirilən aksiyaya 70-ə yaxın iştirakçı qoşulub.
Layihə Ekologiya və Təbii Sərvətlar Nazirliyinin dəstəyi ilə baş tutub.
Marafonun keçirilməsində məqsəd cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın daha da artırılmasıdır. Eyni zamanda sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, bu ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, hər kəsi təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək marafonun əsas hədəflərindəndir.
Eyni zamanda layihənin “Yaşıl dünya naminə həmrəylik” ilində və ölkəmizdə baş tutacaq COP29 kimi dünya əhəmiyyətli tədbir ərəfəsində keçirilməsi planetin ekosisteminə töhfə verən bu kimi layihələrin dəstəklənməsinin göstəricisidir. Qırmızı Ürəklər Fondu hər kəsi təiətin qorunmasına yönələn bu təşəbbüsə dəstək olmağa çağırır.
Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.
10:50 / 23 Noyabr 2026
14
10:48 / 23 Noyabr 2026
15
10:34 / 23 Noyabr 2026
52
10:33 / 23 Noyabr 2026
42
10:29 / 23 Noyabr 2026
52
10:26 / 23 Noyabr 2026
65
10:24 / 23 Noyabr 2026
63
10:18 / 23 Noyabr 2026
56
10:10 / 23 Noyabr 2026
319
10:03 / 23 Noyabr 2026
80
09:57 / 23 Noyabr 2026
82
09:53 / 23 Noyabr 2026
84
09:46 / 23 Noyabr 2026
82
09:39 / 23 Noyabr 2026
138
09:35 / 23 Noyabr 2026
92
09:31 / 23 Noyabr 2026
196
09:19 / 23 Noyabr 2026
86
08:47 / 23 Noyabr 2026
728
08:32 / 23 Noyabr 2026
125
08:24 / 23 Noyabr 2026
110
00:24 / 23 Noyabr 2026
214
00:11 / 23 Noyabr 2026
254
23:56 / 22 Noyabr 2026
214
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.