Azərbaycan incəsənətinə ağır itki üz verib
08 Sentyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
340
18.09.2024, 19:34
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 18-də Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib.
OXU24.COM xəbər verir ki, əvvəlcə Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün şəhidin doğulduğu kənddə yaradılan ev muzeyinə gələn Leyla Əliyeva burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyat yolunu əks etdirən eksponatlarla tanış olub.
Sonra Mübariz İbrahimovun ailəsinin yaşadığı evə gələn Leyla Əliyeva Azərbaycanın Milli Qəhrəmanının atası və anası ilə çay süfrəsi arxasında söhbət edib.
Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
O, 2009-cu ilin avqustunda öz arzusu ilə cəbhə bölgəsində hərbi xidmətə başlayıb. 2010-cu il iyunun 19-da gecə saat 23 radələrində Tərtər istiqamətində iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni təkbaşına keçən Mübariz Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini ilk həmlədə məhv edib. Beş saatlıq döyüşdə düşməni ağır itkilərə məruz qoyan M.İbrahimov qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Prezidentin digər Sərəncamı ilə Milli Qəhrəmanın xatirəsi əbədiləşdirilib.





00:20 / 08 Sentyabr 2026
31
00:18 / 08 Sentyabr 2026
303
00:08 / 08 Sentyabr 2026
72
23:59 / 07 Sentyabr 2026
46
23:36 / 07 Sentyabr 2026
129
23:26 / 07 Sentyabr 2026
54
23:22 / 07 Sentyabr 2026
1039
23:16 / 07 Sentyabr 2026
63
23:14 / 07 Sentyabr 2026
187
23:09 / 07 Sentyabr 2026
46
22:44 / 07 Sentyabr 2026
72
22:09 / 07 Sentyabr 2026
82
21:59 / 07 Sentyabr 2026
76
21:45 / 07 Sentyabr 2026
63
21:30 / 07 Sentyabr 2026
56
21:23 / 07 Sentyabr 2026
72
21:03 / 07 Sentyabr 2026
60
20:58 / 07 Sentyabr 2026
67
20:54 / 07 Sentyabr 2026
63
19:54 / 07 Sentyabr 2026
80
19:50 / 07 Sentyabr 2026
810
19:48 / 07 Sentyabr 2026
151
19:45 / 07 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.