Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118267
az

Heydər Əliyev Fondu İmişlidə yeni məktəb inşa edib

16:5317 Sentyabr, 2024
28
CƏMİYYƏT
  • A

Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilmiş İmişli rayonunun Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəb istifadəyə verilib.

Oxu24.com-un  məlumatına görə, 624 şagird yerlik məktəb 3 mərtəbəli 4 korpusdan ibarətdir.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəbdə 29 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Bakıya giriş-çıxış bağlanır?
Bu avtobusa xəttin köhnə istismarçısı tərəfindən hücum edildi - FOTOLAR
Heydər Əliyev Fondu İmişlidə yeni məktəb inşa edib