Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir marşrutun hərəkət sxemində dəyişiklik edildi

Daha bir marşrutun hərəkət sxemində dəyişiklik edildi

CƏMİYYƏT

236

16.09.2024, 15:04

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Yeni Yasamal yaşayış sahəsi ilə əlaqələndirən 7B nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Oxu24.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, sakinlərin ictimai nəqliyyata olan təlabatının və şəhərin digər istiqamətlərinə gedişlərinin təmin edilməsi məqsədilə 7B nömrəli avtobusların hərəkəti "MİDA" Yasamal Yaşayış Kompleksinə təşkil olunub.