Qaynar xətt:

(+99450) 247 90 86

Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatı başlayır

Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatı başlayır

CƏMİYYƏT

297

05.09.2024, 11:14

Bu gündən ali təhsil pilləsinin rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin qeydiyyatı başlayır.

Oxu24.com xəbər verir ki, namizədlər //portal.edu.az/ saytında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat sentyabrın 10-u saat 18:00-da başa çatacaq. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.