Qaynar xətt:

(+99450) 247 90 86

Məktəblərdə ilk dərs bu mövzuda olacaq

Məktəblərdə ilk dərs bu mövzuda olacaq

CƏMİYYƏT

281

05.09.2024, 10:14

Bu tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

Oxu24.com xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. 

Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrə əsasən, məktəblərin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.