Qaynar xətt:

(+99450) 247 90 86

Bizi Azərbaycan yığması ilə çətin oyun gözləyir -"Tottenhem"in futbolçusu

Bizi Azərbaycan yığması ilə çətin oyun gözləyir -"Tottenhem"in futbolçusu

CƏMİYYƏT

344

04.09.2024, 21:24

"Sabah bizi çətin oyun gözləyir. Qələbə qazanmaq şansımızın yüksək olduğunu düşünürəm".

OXU24.COM  xəbər verir ki, bu sözləri İsveç millisinin futbolçusu Deyan Kulusevski UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Hazırda İngiltərənin "Tottenhem" klubunda çıxış edən vinger sabahkı matça tam hazır olduqlarını söyləyib: "Yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, maraqlı qarşılaşma olacaq".

Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç görüşü saat 20:00-da başlayacaq.