Qaynar xətt:

(+99450) 247 90 86

“Nikosayağı” qəzaya düşdüyü maşının nömrəsini satışa çıxardı -FOTO

“Nikosayağı” qəzaya düşdüyü maşının nömrəsini satışa çıxardı -FOTO

CƏMİYYƏT

298

04.09.2024, 19:59

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli qəzaya düşdüyü “Porsche” markalı avtomobilinin nömrəsini satışa çıxarıb.

OXU24.COM  xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, satışa çıxarılan nömrə 10 GR 005 dövlət qeydiyyat nişanıdır.

Təcili satışa çıxarılan nömrə 16 min manata təklif olunur.

Qeyd edək ki, bir müddət əvvəl isə avtomobilin ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.

Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.