Dövlət başçısı İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik edib
08 Sentyabr 2026, 12:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
277
04.09.2024, 17:40
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə OXU24.COM -a FHN-dən məlumat verilib.
Kəmaləddin Heydərov xalqlar və ölkələr arasında dərin və möhkəm köklərə malik çoxşaxəli münasibətlərin iki dövlət başçılarının siyasi müdrikliyi və qarşılıqlı etimadı sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün istiqamətlərdə əlaqələrin durmadan genişləndiyini xatırladıb.
Bu xüsusda Belarus xarici işlər nazirinin müavininin ölkəmizə səfəri və səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyində keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında mövcud sıx əlaqələrin daha da genişləndirilməsinə əlavə təkan verəcəyinə əminliyini ifadə edib.
Nazir K.Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və ölkəmizdə fəlakətlərlə mübarizə sahəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib, uyğun qurumlar arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu diqqətə çatdırıb.
Səmimi görüşə görə təşəkkür edən Belarus xarici işlər nazirinin müavini İqor Nazaruk iki dost ölkə arasında dövlət başçılarının səyləri nəticəsində formalaşmış strateji tərəfdaşlıq əlaqələri çərçivəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib. Ölkələrimizin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əlaqələrin dərinləşdirilməsinin qarşılıqlı faydasından danışan nümayəndə heyətinin rəhbəri səfərlərin, aparılan müzakirələrin münasibətlərin genişləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
12:15 / 08 Sentyabr 2026
15
12:14 / 08 Sentyabr 2026
15
12:10 / 08 Sentyabr 2026
28
12:05 / 08 Sentyabr 2026
30
12:00 / 08 Sentyabr 2026
34
11:45 / 08 Sentyabr 2026
45
11:32 / 08 Sentyabr 2026
297
11:30 / 08 Sentyabr 2026
51
11:28 / 08 Sentyabr 2026
51
11:20 / 08 Sentyabr 2026
56
11:10 / 08 Sentyabr 2026
60
11:09 / 08 Sentyabr 2026
57
11:05 / 08 Sentyabr 2026
62
11:04 / 08 Sentyabr 2026
73
11:00 / 08 Sentyabr 2026
55
10:55 / 08 Sentyabr 2026
53
10:47 / 08 Sentyabr 2026
346
10:46 / 08 Sentyabr 2026
50
10:36 / 08 Sentyabr 2026
55
10:27 / 08 Sentyabr 2026
52
10:24 / 08 Sentyabr 2026
58
10:16 / 08 Sentyabr 2026
63
10:15 / 08 Sentyabr 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.