Qaynar xətt:

(+99450) 247 90 86

Qələbə dairəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

Qələbə dairəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

CƏMİYYƏT

254

04.09.2024, 15:06

Sabah saat 06:00-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Əsəd Əhmədov küçəsindən Heydər Hüseynov küçəsinə qədər olan hissədə ("Qələbə dairəsi"-dən 20 Yanvar dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Oxu24.com xəbər verir ki, sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.