Qaynar xətt:

(+99450) 247 90 86

Bu prospektdə hərəkət tam məhdudlaşdırılacaq

Bu prospektdə hərəkət tam məhdudlaşdırılacaq

CƏMİYYƏT

303

04.09.2024, 14:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sentyabrın 6-da saat 06:00-dan etibarən Bakının 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur",- deyə məlumatda qeyd edilib.