Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır-stabildir
08 Sentyabr 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
275
04.09.2024, 14:29
Bakı Şəhər DYP İdarəsi sürücü və sərnişinlərə müraciət edib.
Oxu24.com həmin müraciəti təqdim edir:
"Paytaxtda yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təbii ki, təəssüf doğurur. Son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir, elə cari ilin 8 ayı ərzində paytaxt ərazisində belə inzibati xətaya yol verdiklərinə görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub.
Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır. Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub.
Lakin, biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf-mühitə ziyan vurduğunu nəzərə alaraq, bu kimi hallara yol verməməyə çağırırıq".
12:25 / 08 Sentyabr 2026
6
12:25 / 08 Sentyabr 2026
5
12:15 / 08 Sentyabr 2026
32
12:14 / 08 Sentyabr 2026
34
12:10 / 08 Sentyabr 2026
42
12:05 / 08 Sentyabr 2026
45
12:00 / 08 Sentyabr 2026
47
11:45 / 08 Sentyabr 2026
51
11:32 / 08 Sentyabr 2026
350
11:30 / 08 Sentyabr 2026
57
11:28 / 08 Sentyabr 2026
56
11:20 / 08 Sentyabr 2026
59
11:10 / 08 Sentyabr 2026
63
11:09 / 08 Sentyabr 2026
61
11:05 / 08 Sentyabr 2026
69
11:04 / 08 Sentyabr 2026
102
11:00 / 08 Sentyabr 2026
57
10:55 / 08 Sentyabr 2026
58
10:47 / 08 Sentyabr 2026
353
10:46 / 08 Sentyabr 2026
52
10:36 / 08 Sentyabr 2026
57
10:27 / 08 Sentyabr 2026
54
10:24 / 08 Sentyabr 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.