Qaynar xətt:

(+99450) 247 90 86

Quyuya yıxılaraq köməksiz qalan şəxs xilas edildi

Quyuya yıxılaraq köməksiz qalan şəxs xilas edildi

CƏMİYYƏT

301

02.09.2024, 10:29

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonu, Orta Zəyzid kəndinin ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Oxu24.com FHN-əistinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1991-ci il təvəllüdlü Rəsulov Yasin Ramiz oğlu dərinliyi təxminin 3 metr olan, su toplanması üçün nəzərdə tutulmuş quyuya yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşı quyudan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.