Qaynar xətt:

(+99450) 247 90 86

Səhiyyə Nazirliyi 4 nəfərin zəhərləndiyi dərmanla bağlı MƏLUMAT YAYDI

Səhiyyə Nazirliyi 4 nəfərin zəhərləndiyi dərmanla bağlı MƏLUMAT YAYDI

CƏMİYYƏT

256

30.08.2024, 16:57

"Niastol" adlı məhsul Dərman Vasitələrinin Dövlət Reyestrində qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib.

Oxu24.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Qeyd olunub ki, "Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.

Xatırladaq ki, Göygöl rayonunun Balçılı kənd sakinləri, 1961-ci il təvəllüdlü qadın və üç azyaşlı dəqiqləşdirilməmiş dərman zəhərlənib. Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.