Qaynar xətt:

(+99450) 247 90 86

"F-16" qıcısının qəzaya uğradığını bu ölkə TƏSDİQLƏDİ

"F-16" qıcısının qəzaya uğradığını bu ölkə TƏSDİQLƏDİ

CƏMİYYƏT

290

30.08.2024, 09:26

Ukrayna Silahlı Qüvvələri avqustun 26-da Rusiyanın hava hücumunu dəf etmək üçün F-16 qırıcılarından istifadə edib. Növbəti hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib.

OXU24.COM  xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, hava döyüşü zamanı F-16 təyyarələri öz yüksək effektivliyini nümayiş etdirib. Lakin növbəti hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib. Sonradan məlum olub ki, təyyarə qəzaya uğrayıb və pilot həlak olub.

"Qəzanın səbəblərini müəyyən etmək üçün Müdafiə Nazirliyinin xüsusi komissiyası hadisə yerində işləyir", - deyə məlumatda bildirilir.