Qaynar xətt:

(+99450) 247 90 86

Parataekvondoçumuz bürünc medal qazandı


Parataekvondoçumuz bürünc medal qazandı

CƏMİYYƏT

263

29.08.2024, 22:43

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

OXU24.COM xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycanın Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalı olub.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.