Plastik cərrahlarla bağlı açıqlama
08 Sentyabr 2026, 15:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
186
29.08.2024, 14:14
Avqustun 29-na (saat 11:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 40 383 uşaq üçün elektron sistem (//mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 6 791 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 2 485-i alternativ qeydiyyat mərkəzlərində, 2 970-i sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 1 336 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.
Qeyd edilib ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (//baku.edu.gov.az/az/page/276), eləcə də 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər.
Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.
Sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.
15:36 / 08 Sentyabr 2026
5
15:30 / 08 Sentyabr 2026
14
15:25 / 08 Sentyabr 2026
26
15:24 / 08 Sentyabr 2026
33
15:04 / 08 Sentyabr 2026
48
15:01 / 08 Sentyabr 2026
69
14:49 / 08 Sentyabr 2026
449
14:45 / 08 Sentyabr 2026
45
14:30 / 08 Sentyabr 2026
49
14:10 / 08 Sentyabr 2026
50
14:00 / 08 Sentyabr 2026
53
13:57 / 08 Sentyabr 2026
52
13:45 / 08 Sentyabr 2026
460
13:45 / 08 Sentyabr 2026
54
13:15 / 08 Sentyabr 2026
62
13:12 / 08 Sentyabr 2026
62
13:05 / 08 Sentyabr 2026
64
13:04 / 08 Sentyabr 2026
79
12:58 / 08 Sentyabr 2026
332
12:52 / 08 Sentyabr 2026
66
12:45 / 08 Sentyabr 2026
57
12:37 / 08 Sentyabr 2026
755
12:35 / 08 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.