TƏCİLİ! “Gənclik Mall”da həyəcan siqnalı verilib
08 Sentyabr 2026, 16:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
267
28.08.2024, 21:41
Fransada keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Rusiya KİV-lərinə verdiyi müsahibədə səsləndirdiyi bəzi ifadələrə görə Prezident İlham Əliyev və Azərbaycan xalqından üzr istəyib.
OXU24.COM xəbər verir ki, o, Report-a açıqlamasında М.Maqomedov Azərbaycan Prezidentinin verdiyi ordenin çox dəyərli olduğunu bildirib.
“Mən 2022-ci ildən Azərbaycanı təmsil edirəm. Mənə bu şəraiti yaratdığı üçün Azərbaycan Respublikasının Prezidentinə, o cümlədən Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə və bu imkanı yaradan hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycanı sevirəm və bu ölkəni təmsil etdiyim üçün fəxr edirəm. Məhz Azərbaycan bayrağı altında Avropa çempionu, dünya və Olimpiya mükafatçısı olmuşam. Rusiya mətbuatına verdiyim müsahibədə səsləndirdiyim fikirlər yanlış anlaşılmanın nəticəsidir. Azərbaycan Respublikası Prezidentinin mənə verdiyi orden mənim üçün çox dəyərlidir və heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Baş verənlərlə əlaqədar mən Azərbaycan Respublikasının Prezidentindən və bütün Azərbaycan xalqından üzr istəmək istəyirəm", - deyə Olimpiya mükafatçısı bildirib.
Qeyd edək ki, Maqomedxan Maqomedov 97 kq çəki dərəcəsində Paris-2024 Yay Olimpiadasının bürünc medalını qazanıb.
Prezident İlham Əliyevin sərəncamı ilə M.Maqomedov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
16:15 / 08 Sentyabr 2026
1
16:13 / 08 Sentyabr 2026
12
15:50 / 08 Sentyabr 2026
34
15:36 / 08 Sentyabr 2026
47
15:30 / 08 Sentyabr 2026
67
15:25 / 08 Sentyabr 2026
47
15:24 / 08 Sentyabr 2026
45
15:04 / 08 Sentyabr 2026
56
15:01 / 08 Sentyabr 2026
99
14:49 / 08 Sentyabr 2026
630
14:45 / 08 Sentyabr 2026
52
14:30 / 08 Sentyabr 2026
53
14:10 / 08 Sentyabr 2026
55
14:00 / 08 Sentyabr 2026
55
13:57 / 08 Sentyabr 2026
55
13:45 / 08 Sentyabr 2026
528
13:45 / 08 Sentyabr 2026
55
13:15 / 08 Sentyabr 2026
64
13:12 / 08 Sentyabr 2026
63
13:05 / 08 Sentyabr 2026
65
13:04 / 08 Sentyabr 2026
82
12:58 / 08 Sentyabr 2026
352
12:52 / 08 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.