TƏCİLİ! “Gənclik Mall”da həyəcan siqnalı verilib
08 Sentyabr 2026, 16:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
216
28.08.2024, 15:23
Bəzi media saytlarında Firdovsi Vəliyev adlı şəxsin rəhbəri olduğu şirkətə məxsus nəqliyyat vasitəsinin ələ keçirilməsi ilə əlaqədar müraciətlərinə baxılmaması, vətəndaş qəbulunda iştirak edə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilir ki, Vəliyev Firdovsi Bəhram oğlu müraciətlərində rəhbəri olduğu dərman preparatları firmasına məxsus nəqliyyat vasitəsinin idarə edilməsinə dair Goranboy şəhərində əczaçılıq fəaliyyəti ilə məşğul olan Rəhimov Xəyyam Nəriman oğlu ilə 2022-ci ilin sentyabr ayında aralarında yaranmış narazılıqdan sonra sonuncuya verdiyi etibarnamənin müddətinin bitməsinə baxmayaraq avtomobilin ələ keçirilməsini göstərmişdir.
Həmin müraciət üzrə Goranboy rayon prokurorluğunda aparılmış araşdırma zamanı vətəndaşın bildirdiyi xüsusatlar öz təsdiqini tapmamış və hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilməmişdir.
Eyni zamanda, qeyd edilən nəqliyyat vasitəsinin üzərinə saxta dövlət qeydiyyat nişanının bağlanılaraq idarə edilməsinə dair Gəncə şəhər baş polis idarəsində araşdırma aparılmaqla hər hansı qanunsuzluq faktı aşkar edilməmişdir.
Vətəndaş müraciətləri ilə əlaqədar prokurorluq orqanlarında qəbul edilməklə aidiyyəti üzrə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektlərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
16:15 / 08 Sentyabr 2026
1
16:13 / 08 Sentyabr 2026
12
15:50 / 08 Sentyabr 2026
34
15:36 / 08 Sentyabr 2026
47
15:30 / 08 Sentyabr 2026
67
15:25 / 08 Sentyabr 2026
47
15:24 / 08 Sentyabr 2026
45
15:04 / 08 Sentyabr 2026
56
15:01 / 08 Sentyabr 2026
99
14:49 / 08 Sentyabr 2026
630
14:45 / 08 Sentyabr 2026
52
14:30 / 08 Sentyabr 2026
53
14:10 / 08 Sentyabr 2026
55
14:00 / 08 Sentyabr 2026
55
13:57 / 08 Sentyabr 2026
55
13:45 / 08 Sentyabr 2026
528
13:45 / 08 Sentyabr 2026
55
13:15 / 08 Sentyabr 2026
64
13:12 / 08 Sentyabr 2026
63
13:05 / 08 Sentyabr 2026
65
13:04 / 08 Sentyabr 2026
82
12:58 / 08 Sentyabr 2026
352
12:52 / 08 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.