TƏCİLİ! “Gənclik Mall”da həyəcan siqnalı verilib
08 Sentyabr 2026, 16:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
276
28.08.2024, 13:51
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının qərarına əsasən, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında "Ağciyər Xəstəlikləri Mərkəzi" publik hüquqi şəxs yaradılır.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, indiyədək Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli Vərəm əleyhinə Dispanser, 1 və 2 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası Ağciyər Xəstəlikləri Mərkəzinin tərkibinə daxil ediləcək.
TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərəcək.
"Yeni mərkəzin yaradılmasında məqsəd Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeli tibb müəssisələrində vərəm əleyhinə mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiya işinin optimallaşdırılması, əhali arasında vərəm və ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, vərəm əleyhinə müəssisələrin infrastrukturundan səmərəli istifadə edilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmasıdır", - deyə məlumatda qeyd edilib.
16:15 / 08 Sentyabr 2026
1
16:13 / 08 Sentyabr 2026
12
15:50 / 08 Sentyabr 2026
34
15:36 / 08 Sentyabr 2026
47
15:30 / 08 Sentyabr 2026
67
15:25 / 08 Sentyabr 2026
47
15:24 / 08 Sentyabr 2026
45
15:04 / 08 Sentyabr 2026
56
15:01 / 08 Sentyabr 2026
99
14:49 / 08 Sentyabr 2026
630
14:45 / 08 Sentyabr 2026
52
14:30 / 08 Sentyabr 2026
53
14:10 / 08 Sentyabr 2026
55
14:00 / 08 Sentyabr 2026
55
13:57 / 08 Sentyabr 2026
55
13:45 / 08 Sentyabr 2026
528
13:45 / 08 Sentyabr 2026
55
13:15 / 08 Sentyabr 2026
64
13:12 / 08 Sentyabr 2026
63
13:05 / 08 Sentyabr 2026
65
13:04 / 08 Sentyabr 2026
82
12:58 / 08 Sentyabr 2026
352
12:52 / 08 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.