Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116883
az

Qurddan qurtularkən saçından olmaq: Hansı dərmanlar keçəlliyə səbəb olur?

09:5528 Avqust, 2024
254
CƏMİYYƏT
  • A

Gəncədə yaşayan ailə qurd əleyhinə dərmanlardan sonra 5 yaşlı övladlarının saçının töküldüyünü iddia edir. Həkim isə valideynin iddiası ilə razılaşmır.

OXU24.COM  xəbər verir ki, uşağın valideynləri qurd əleyhinə dərman içdiyi üçün uşağın saçının töküldüyünü iddia edərək dəyən zərərə görə həkimdən kompensasiya tələb edirlər.

Bəs görəsən, qurd dərmanı saçın tökülməsinə səbəb ola və keçəllik yarada bilərmi?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkim-dermatoveneroloqu Şəhla Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, qurd invaziyaları zamanı dəridə dəyişikliklər baş verə bilər:

"Bunlar səpgi şəklində, qaşınma şəklində xəstəni narahat edir. Eyni zamanda, saç tökülməsi zamanı da qurd invaziyaları olanda, əsasən də uşaqlarda, bunun kəskinləşməsinə, daha da çoxalmasına, tezləşməsinə səbəb ola bilir.

Dəri sahəsində belə bir hal olduğu zaman onun müayinəsi məsləhətdir. Əgər qurdlar aşkar olunarsa, təbii ki, o zaman xəstəliklə bağlı təyinatlar verilir.

Amma qurd əleyhinə dərmanlar saç tökülməsinə, keçəllik yaranmasına, dırnaq tökülməsinə səbəb ola bilmir. Belə bir şey yoxdur.

Əgər saç və dırnaq tökülməsi varsa, demək ki, o səbəblər başqa bir şeylə əlaqəlidir və onu araşdırmaq lazımdır: saç tökülməsi hansı səbəbdən yaranıb, dırnaq tökülməsinə, keçəllik yaranmasına hansı xəstəliklər, amillər təsir edib, bunlar araşdırılmalıdır.

Bütün bunlar qan analizləri əsasında, dırnaq müayinəsi zamanı, saç dibinin müayinəsi zamanı aşkarlana və ona uyğun müalicələr təyin oluna bilir".

Dermatoloq Araz Kazımov isə Oxu.Az-ın sorğusuna cavab olaraq fikrini belə izah etdi:

"Qurd əleyhinə dərman saç tökülməsi, keçəllik yaranması, dırnaq tökülməsinə birbaşa səbəb ola bilməz. Amma düzgün yazılmayan doza rejimində və düzgün təyinat olmayanda orqanizmə verdiyi intoksikasiya səbəbindən birbaşa yox, dolayı yolla təsir göstərib həm saç tökülməsinə, həm keçəllik yaranmasına, həm də dırnaq tökülməsinə səbəb ola bilər".

Sualımızı həm də pediatr Günay Rəsulovaya ünvanladıq.

Pediatr  bildirdi ki, qurd əleyhinə dərmanlar, əslində, saç tökülməsi yaratmır.

"Amma qurd əleyhinə müalicə adı ilə hədsiz çox istifadə olunan bitki tərkibli, immun stimullaşdırıcı tərkibli preparatların yan təsirləri də çox olur. Bunlar bütövlükdə immun sisteminə təsir göstərərək autoimmun xəstəliklərinə rəvac verə, yaxud da stimulyasiya edə bilər.

Qeyd edim ki, autoimmun allopesiya deyilən xəstəlik saçın tökülməsi - keçəlləşmə ilə xarakterizə olunur. İmmun sistemi təsirə məruz qaldığından bədən öz hüceyrəsini tanımamağa və öz saç hüceyrəsini öldürməyə başlayır. Qısacası, sırf qurd əleyhinə dərman saç tökülməsi və ya keçəlləşmə yaratmaz.

Bu səbəbdən "bitki tərkiblidir, zərərsizdir" düşünərək uşağa eyni zamanda bir neçə preparatı paralel vermək olmaz. Ümumiyyətlə, uşaqların sübuta dayanan tibbin tövsiyə etmədiyi qida əlavələrini, dərman preparatı hesab edilməyən vasitələri istifadə etməsi tövsiyə olunmur. Bitki tərkibli preparatlar düşündüyünüz qədər zərərsiz deyil, uşaqlarda hətta qaraciyər çatışmazlığına gətirib çıxa bilər.

Son zamanların belə bir trendi də var ki, ailələr saytlar vasitəsilə sifariş edərək xaricdən uşaqlarına "immunitet artırıcı" dərmanlar alıb verirlər ki, bu da çox yanlışdır. Orqanizmin nəyə ehtiyacı varsa, onu vermək lazımdır. Vitaminləri uşaqlara təbii, normal qida ilə versələr, kifayətdir", - deyə G.Rəsulova bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəhid ailələri ilə bağlı daha bir- Qərar
Görün qəhvə insan bağırsaqlarına hansı təsirləri göstərir
Vəzifəli şəxs işdən çıxarıldı -FOTO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
İtkin düşən     3 nəfər       tapıldı