TƏCİLİ! “Gənclik Mall”da həyəcan siqnalı verilib
08 Sentyabr 2026, 16:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
322
27.08.2024, 23:57
"Bu gün hər kəsin, əksər hallarda işləyən adamların və məktəblilərin istifadə etdiyi qidalar sırasında 1-ci yeri tutan hazır satılan ərişdələrdir. Bu ərişdələr heç də bizim bildiyimiz adi ərişdələrdən deyil, kimyəvi qatqı maddələrindən ibarət bir kütlədir".
Milli.Az bildirir ki, bu sözləri Metbuat.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, bu məhsullarla qidalanan insanlarda bir çox daxili orqanların xəstəlikləri, eyni zamanda da həzm problemləmləri yaranır:
"Çünki bu məhsullara uzun müddət qalması üçün müəyyən kimyəvi qatqı maddələri vurulur ki, məhz bunlar sayəsində də həmin ərişdələr saatlarla mədədə olduğu kimi qalır. Bu da birbaşa olaraq həzm sisteminin pozulması ilə nəticələnir".
M.Hüseynova qeyd edib ki, xüsusilə həmin məhsulların yanında istifadə olunan dadlandırıcılar zərərlidir:
"Bu məhsulların tərkibinə el arasında Çin duzu adlandırılan maddə qatılır, bu da həmin qidadan aslılıq yaradır. Gələcəkdə qaraciyər və böyrək çatışmazlığına gətirib çıxarır. Bəzən bu qidaların yanında dadlı görünsün deyə, qurudulmuş tərəvəzlər olur. Bunların tərkibində də hər zaman istifadəyə yararlı məhsullardan istifadə olunmur. Çünki əksər hallarda onların tərkibinə belə kimyəvi qida maddələri qatılır. Belə məhsulların tərkibində bir çox hallarda mənşəyi bəlli olmayan, bitki yağı adı altında palma yağından və yaxud da sağlamlığa zərər vuran digər yağlardan istifadə olunur".
16:15 / 08 Sentyabr 2026
1
16:13 / 08 Sentyabr 2026
12
15:50 / 08 Sentyabr 2026
34
15:36 / 08 Sentyabr 2026
47
15:30 / 08 Sentyabr 2026
67
15:25 / 08 Sentyabr 2026
47
15:24 / 08 Sentyabr 2026
45
15:04 / 08 Sentyabr 2026
56
15:01 / 08 Sentyabr 2026
99
14:49 / 08 Sentyabr 2026
630
14:45 / 08 Sentyabr 2026
52
14:30 / 08 Sentyabr 2026
53
14:10 / 08 Sentyabr 2026
55
14:00 / 08 Sentyabr 2026
55
13:57 / 08 Sentyabr 2026
55
13:45 / 08 Sentyabr 2026
528
13:45 / 08 Sentyabr 2026
55
13:15 / 08 Sentyabr 2026
64
13:12 / 08 Sentyabr 2026
63
13:05 / 08 Sentyabr 2026
65
13:04 / 08 Sentyabr 2026
82
12:58 / 08 Sentyabr 2026
352
12:52 / 08 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.