Qaynar xətt:

(+99450) 247 90 86

Amfibiya təyyarəmiz Türkiyədə bu istiqamətdə yanğınlara cəlb edildi - VİDEO

Amfibiya təyyarəmiz Türkiyədə bu istiqamətdə yanğınlara cəlb edildi - VİDEO

CƏMİYYƏT

271

26.08.2024, 13:26

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Oxu24.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirlib ki, ötən gün ərzində təyyarə Akhisar-Taşkuyucak istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.