Qaynar xətt:

(+99450) 247 90 86

Horadizdə ev yandı


Horadizdə ev yandı

CƏMİYYƏT

335

25.08.2024, 17:38

Horadiz şəhərində 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən 

OXU24.COM -a verilən məlumata görə, Füzuli rayonunun Horadiz şəhərində ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqdakı evin xarici divarına quraşdırılan kondisionerin elektrik kabeli və həyətyanı sahədə 1 ədəd paltaryuyan maşın yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.