Qaynar xətt:

(+99450) 247 90 86

Amfibiya təyyarəmiz Türkiyədəki yanğınlarla mübarizə aparır - VİDEO

Amfibiya təyyarəmiz Türkiyədəki yanğınlarla mübarizə aparır - VİDEO

CƏMİYYƏT

290

23.08.2024, 12:57

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

FHN-dən verilən məlumata görə, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.