Mənzilin kvadratı necə hesablanır? – Balkon və terras sahəsi niyə tam hesablanmır?
08 Sentyabr 2026, 20:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2041
22.08.2024, 17:53
Nazirlər Kabineti “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında qərar qəbul edib.
Oxu24.com xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, səhmdar cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin Müfəttişliyi Səhiyyə Nazirliyinin tabeliyinə, Həkim-Sanitar Xidmətinin tibb müəssisələri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə, Baknın Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Əncirli Uşaq Dəmir Yolu Xəstəxanasının yerləşdiyi əmlak kompleksi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilib.
ADY qərar icra olunduqdan sonra Həkim-Sanitar Xidmətinin qanunvericiliyə uyğun olaraq ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görməli və Nazirlər Kabinetinə məlumat verməlidir. Qərarın ilk hissələri gələn il yanvarın 1-dən qüvvəyə minir. Bundan başqa, Maliyyə Nazirliyinə 2025-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırlanarkən bu Qərardan irəli gələn maliyyələşdirmə məsələlərini nəzərə alması tapşırılıb.
20:20 / 08 Sentyabr 2026
1
20:10 / 08 Sentyabr 2026
23
20:05 / 08 Sentyabr 2026
26
20:03 / 08 Sentyabr 2026
27
18:50 / 08 Sentyabr 2026
56
18:44 / 08 Sentyabr 2026
578
18:22 / 08 Sentyabr 2026
341
18:16 / 08 Sentyabr 2026
61
18:15 / 08 Sentyabr 2026
89
18:11 / 08 Sentyabr 2026
58
18:09 / 08 Sentyabr 2026
58
17:59 / 08 Sentyabr 2026
308
17:41 / 08 Sentyabr 2026
90
17:39 / 08 Sentyabr 2026
62
16:15 / 08 Sentyabr 2026
95
16:13 / 08 Sentyabr 2026
77
15:50 / 08 Sentyabr 2026
88
15:36 / 08 Sentyabr 2026
74
15:30 / 08 Sentyabr 2026
125
15:25 / 08 Sentyabr 2026
71
15:24 / 08 Sentyabr 2026
66
15:04 / 08 Sentyabr 2026
82
15:01 / 08 Sentyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.