Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın olub
08 Sentyabr 2026, 20:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
307
22.08.2024, 09:52
Bakı və Abşeronda olduğu kimi, bölgələrdə də yaşayış evlərinin çıxarışı ilə bağlı ciddi problemlər var.
OXU24.COM xəbər verir ki, xüsusilə, əksər kənd evlərində çıxarış demək olar yoxdur. Bu evlər ya sənədsizdir, ya da yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən verilən sənədlər əsasında tikilib.
Əmlak eksperti Elnur Fərzəliyev "Xəzər Xəbər"ə bildirib ki, kənd evlərinin bir çoxu hələ də çıxarışla təmin edilməyib: "Evlərin çıxarışının olmaması onların alqı-satqıda istifadə edilməsini məhdudlaşdırır. Bununla yanaşı, turizm potensialı olan ərazilərdə inkişafı xeyli zəiflədir. Bundan başqa, çıxarışsız kənd evlərinə maraq azalır".
Ekspert deyib ki, vətəndaşlar müvafiq sənədlərlə öz evlərinə çıxarış almaq üçün aidiyəti qurumlara müraciət etməlidir. Bundan başqa, bu məsələdə vətəndaşlar marifləndirilməlidir. Evlərin çıxarışla təmin edilməsi dövlət büdcəsinin gəlirlərini də artıra bilər.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirildi ki, əlində hüququ sənədi olan vətəndaşların evlərinin çıxarışla təmin edilməsində heç bir problem yoxdur. Ümumiyyətlə, sənədi olmayan və mühafizə olunan zonalarda tikilən evlərə gəldikdə isə bu məsələyə köklü yanaşma nəzərdə tutulur. Problemin həlli üçün ayrıca normativ hüquqi sənədin qəbul edilməsi gözlənilir.
20:25 / 08 Sentyabr 2026
28
20:23 / 08 Sentyabr 2026
5
20:20 / 08 Sentyabr 2026
31
20:10 / 08 Sentyabr 2026
41
20:05 / 08 Sentyabr 2026
36
20:03 / 08 Sentyabr 2026
41
18:50 / 08 Sentyabr 2026
59
18:44 / 08 Sentyabr 2026
618
18:22 / 08 Sentyabr 2026
471
18:16 / 08 Sentyabr 2026
64
18:15 / 08 Sentyabr 2026
94
18:11 / 08 Sentyabr 2026
62
18:09 / 08 Sentyabr 2026
60
17:59 / 08 Sentyabr 2026
320
17:41 / 08 Sentyabr 2026
92
17:39 / 08 Sentyabr 2026
64
16:15 / 08 Sentyabr 2026
98
16:13 / 08 Sentyabr 2026
77
15:50 / 08 Sentyabr 2026
88
15:36 / 08 Sentyabr 2026
75
15:30 / 08 Sentyabr 2026
126
15:25 / 08 Sentyabr 2026
72
15:24 / 08 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.