Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür - Ramidə Allahverdiyeva yazır
08 Sentyabr 2026, 20:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
234
21.08.2024, 10:14
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib. Qeyd edilib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə geniş miqyaslı quruculuğ işləri həyata keçirilir.
Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin son vaxtlarda Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə pozitiv dəyişikliklərin müşahidə edildiyi qeyd edilib. Paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə edilib və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib. Müşavirədə çıxış edən Baki Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onlara təmiz əllərlə işləməyi və təvəzökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzən neqativ hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon İcra Hakimiyyətlərin başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb edilib. Bildirilib ki, BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələri bir aydan sonra yenidən müzakirəyə çıxarılacaqdır.
21:01 / 08 Sentyabr 2026
15
21:00 / 08 Sentyabr 2026
21
21:00 / 08 Sentyabr 2026
18
20:50 / 08 Sentyabr 2026
32
20:48 / 08 Sentyabr 2026
26
20:40 / 08 Sentyabr 2026
30
20:39 / 08 Sentyabr 2026
45
20:25 / 08 Sentyabr 2026
102
20:23 / 08 Sentyabr 2026
32
20:20 / 08 Sentyabr 2026
40
20:10 / 08 Sentyabr 2026
55
20:05 / 08 Sentyabr 2026
45
20:03 / 08 Sentyabr 2026
53
18:50 / 08 Sentyabr 2026
64
18:44 / 08 Sentyabr 2026
684
18:22 / 08 Sentyabr 2026
674
18:16 / 08 Sentyabr 2026
68
18:15 / 08 Sentyabr 2026
102
18:11 / 08 Sentyabr 2026
65
18:09 / 08 Sentyabr 2026
62
17:59 / 08 Sentyabr 2026
349
17:41 / 08 Sentyabr 2026
96
17:39 / 08 Sentyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.