Hava necə olacaq?
09 May 2026, 12:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
360
19.08.2024, 19:39
Bakıda bir sıra özəl təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq.
OXU24.COM xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərarlar qəbul olunub.
Belə ki, bir sıra özəl liseylər yeni tədris ilinin 2-3-9 sentyabr tarixlərində başlayacağı barədə valideynləri məlumatlandırıblar.
Həmçinin oxuyun
Məsələ ilə bağlı sorğuya cavabda məlum olub ki, Bakı Atatürk liseyində yeni tədris ilinə 1, 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 9-dan, "İdrak" liseyində yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, "Kaspi" liseyində yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, "Baku-Oxford School"da yeni tədris ilinə bütün siniflər üzrə sentyabrın 2-dən, məktəbəqədər hazırlıq qrupları üzrə isə sentyabrın 3-dən başlanılacaq.
"LANDAU School"da ingilis dili sektoru üzrə ibtidai siniflər sentyabrın 2-dən, yuxarı siniflər isə sentyabrın 3-dən dərslərə cəlb olunacaqlar.
Xatırladaq ki, bu il Azərbaycanda keçiriləcək COP29-la bağlı ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12-dən 22-dək müəyyən edilib. Bununla yanaşı, COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.
12:41 / 09 May 2026
21
11:50 / 09 May 2026
63
11:45 / 09 May 2026
54
11:42 / 09 May 2026
242
11:19 / 09 May 2026
59
11:11 / 09 May 2026
114
11:08 / 09 May 2026
55
10:37 / 09 May 2026
766
10:30 / 09 May 2026
86
10:27 / 09 May 2026
59
10:26 / 09 May 2026
55
10:25 / 09 May 2026
55
10:24 / 09 May 2026
56
10:07 / 09 May 2026
82
10:01 / 09 May 2026
66
01:00 / 09 May 2026
131
00:48 / 09 May 2026
378
00:30 / 09 May 2026
424
00:21 / 09 May 2026
390
00:00 / 09 May 2026
148
23:40 / 08 May 2026
141
23:25 / 08 May 2026
3239
23:17 / 08 May 2026
359
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.