Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır
14 Mart 2025, 18:18
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
160
19.08.2024, 11:28
2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi bu gün başa çatır.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, ixtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər.
İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.
Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Müsabiqə şərtləri barədə ixtisas seçimi haqqında elandan ətraflı məlumat ala bilərsiniz.
Subbakalavrların müsabiqədə iştirakı
Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün 2024‑cü il avqustun 9-dan 19-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.
Həmçinin oxuyun
İxtisasların uyğunluğu “Abituriyent” jurnalının “2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı” adlı xüsusi buraxılışında təqdim olunan “Subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”ndə verilib.
Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən aşağıda göstərilən ixtisaslara müsabiqə yolu ilə qəbulu aparılmır:
Xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisaslar;
“ADA” Universitetinin ixtisasları;
Bakı Ali Neft Məktəbinin ixtisasları;
İtaliya-Azərbaycan Universitetinin ixtisaslarını;
Qarabağ Universitetinin ixtisaslarını;
Türkiyə-Azərbaycan Unversitetinin ixtisasları.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.
İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edək ki,müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər. Səyyar Abituriyent Məsləhət Mərkəzlərinin iş qrafiki və ünvanları haqqında gün ərzində məlumat veriləcək.
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
1
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
9
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
39
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
40
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
838
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
73
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
51
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
59
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
65
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
64
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
73
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
82
19:18 / 14 Mart 2025
Süd istehsal edən qadın — VİDEO
166
18:53 / 14 Mart 2025
NATO üzv ölkələrin hərbi potensialını artırmaq niyyətindədir
67
18:47 / 14 Mart 2025
Qadının ağciyərindən tikiş iynəsi çıxarıldı
75
18:25 / 14 Mart 2025
Bakıda 1 milyonluq narkotiklə tutulan şəxs kimdir? — FOTO+VİDEO
478
18:20 / 14 Mart 2025
Prezident “Euronews”a müsahibə verib - Tam mətn
98
18:18 / 14 Mart 2025
Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır
82
18:11 / 14 Mart 2025
Arayik Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan ordusu baş qərargah rəisindən aldığını bildirib
93
17:59 / 14 Mart 2025
Trampın nümayəndəsi Putinlə nə danışıb?
88
17:57 / 14 Mart 2025
Paşinyan bu tarixdə Rusiyaya gedir
92
17:54 / 14 Mart 2025
Sülh müqaviləsi nə zaman olacaq? - Politoloq şərh edir
120
17:46 / 14 Mart 2025
Tramp Putinlə danışıqlar apardığını bildirib
89
17:27 / 14 Mart 2025
Qrenlandiya Amerika olmağa tələsmir
142
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.