Uşaqlara bunu verərkən diqqətli olun - XƏBƏRDARLIQ
08 Sentyabr 2026, 22:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
281
19.08.2024, 10:14
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib.
Qurumdan verilən məlumata görə, müraciətdə deyilir:
"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də texniki tələblərə cavab verməyən kənd təsərrüfatı texnikalarının avtomobil yollarında hərəkətinin şahidi oluruq. Unuduruq ki, istifadəyə yararsız, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçiriməsi sürücü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də ciddi təhlükədir.
Əkin sahələrində çalışan insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması, ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi də ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə zəmin yaradır.
Hazırda mövsümlə əlaqədar əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, sürücüləri məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırırıq".
22:34 / 08 Sentyabr 2026
1
22:14 / 08 Sentyabr 2026
36
22:00 / 08 Sentyabr 2026
43
21:43 / 08 Sentyabr 2026
45
21:32 / 08 Sentyabr 2026
40
21:25 / 08 Sentyabr 2026
168
21:19 / 08 Sentyabr 2026
64
21:01 / 08 Sentyabr 2026
58
21:00 / 08 Sentyabr 2026
70
21:00 / 08 Sentyabr 2026
54
20:50 / 08 Sentyabr 2026
64
20:48 / 08 Sentyabr 2026
53
20:40 / 08 Sentyabr 2026
56
20:39 / 08 Sentyabr 2026
77
20:25 / 08 Sentyabr 2026
200
20:23 / 08 Sentyabr 2026
59
20:20 / 08 Sentyabr 2026
59
20:10 / 08 Sentyabr 2026
76
20:05 / 08 Sentyabr 2026
63
20:03 / 08 Sentyabr 2026
74
18:50 / 08 Sentyabr 2026
78
18:44 / 08 Sentyabr 2026
785
18:22 / 08 Sentyabr 2026
1108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.