Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116283
az

Siqaretlə ehtiyatsız davranma Bakıda CAN ALDI -VİDEO

00:4519 Avqust, 2024
50
CƏMİYYƏT
  • A

Bakıda baş verən yanğının təfərrüatı məlum olub. Hadisəyə siqaret kötüyünün səbəb olduğu açıqlanıb.

OXU24.COM  xəbər verir ki, səhərə yaxın paytaxtın Nərimanov rayonunun Çernyayevski küçəsində yerləşən üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsindəki mənzillərdən birindən tüstü çıxmağa başlayıb. Qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər.

Məlumata görə, mənzildə yataq xəstəsi olan yaşlı bir kişi və onun həyat yoldaşı yaşayırmış. Qadın səhər işə gedərkən bədbəxt hadisə baş verib. Yanğınsöndürənlər tərəfindən aşkar edilən kişi meyiti aidiyyəti üzrə təhvil verilib.

Yanğın nəticəsində ümumi sahəsi 36 kvadratmetr olan mənzilin bir otağının yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından qorunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Siqaretlə ehtiyatsız davranma Bakıda CAN ALDI -VİDEO
Yaponiya sahillərində güclü zəlzələ oldu
Makron yeni baş nazir seçir: Hökumət başçısı siyasətçi olmayacaq

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Xaçmazda avtomobillər toqquşdu: xəsarət alanlar var