Şəhid xanımı oxuduğu universitetdə işə başladı
15 Mart 2025, 10:22
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
124
16.08.2024, 11:28
"Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Qarabağın incisi və Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün oldu. 44 günlük Vətən savaşında həlledici qələbənin əldə olunması üçün strateji əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ilə yanaşı, DSX-nin çevik hərəkət qüvvələrinin hərbi qulluqçuları da əsl rəşadət nümunələri göstərərək öz şərəfli missiyalarını yerinə yetirdilər, bununla yanaşı, Xankəndidən Şuşa istiqamətində hərəkət edən düşmənin zirehli kolonu və yaylım atəş sistemləri "Harop" zərbəendirici PUA-nın tətbiqi nəticəsində məhv edildi".
Oxu24.com xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, müharibənin gedişi zamanı DSX-nin hərbi qulluqçularının əldə etdiyi əməliyyat məlumatları əsasında erməni mənşəli Suriya, Livan və Fransa vətəndaşlarının Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün muzdlu qismində Dağlıq Qarabağ ərazisinə gətirilməsi müəyyən edilib:
Həmçinin oxuyun
"Əsasən Şuşa şəhərinin müdafiəsinə cəlb olunmuş muzdlu dəstələrin dislokasiya yerləri, manevrləri, döyüş planları barəsində əldə edilmiş əməliyyat məlumatları əsasında müvafiq tədbirlər görüldü. Dörd halda verilmiş dəqiq koordinatlar əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dəqiq atəş zərbələri nəticəsində Şuşa şəhəri ətrafinda yerləşdirilmiş və əsasən muzdlu döyüşçülərdən ibarət olan 470 nəfərlik terrorçu dəstə çoxsaylı itkilər verdi. Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazıldı.
DSX-nin "Harop," "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd "S-300" raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 291 düşmən hədəfi böyük məharətlə zərərsizləşdirildi. Zəngilan rayonunda Bartaz və Şükürataz yüksəkliklərinin düşməndən azad edilməsi zamanı çevikçilərimizin atıcı silahlardan açdıqları atəş nəticəsində onların üzərinə həmlə edən düşmənin "SU-25" hərbi təyyarəsi məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi gücü dəmir tullantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı "Harop" və "Bayraktar-TB2" PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı. Füzuli rayonunun Horadiz kəndi istiqamətindən əks-hücum həmləsini həyata keçirmək niyyətində olan düşmənin 12 tankı 2 saat ərzində Dövlət Sərhəd Xidmətinin "Harop" zərbəendirici pilotsuz uçuş aparatlarının tətbiqi nəticəsində məhv edildi".
13:09 / 15 Mart 2025
Prezident onları təltif etdi - Siyahı
209
11:12 / 15 Mart 2025
Qərargah rəisi intihar etdi - Foto
802
11:01 / 15 Mart 2025
Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı
53
10:49 / 15 Mart 2025
DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
48
10:31 / 15 Mart 2025
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
49
10:22 / 15 Mart 2025
Şəhid xanımı oxuduğu universitetdə işə başladı
39
10:11 / 15 Mart 2025
Nazirə sanksiya tətbiq olundu
53
09:50 / 15 Mart 2025
111 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
46
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
48
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
48
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
64
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
70
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
115
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
120
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
164
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
133
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
1697
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
183
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
142
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
158
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
165
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
169
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
167
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
164
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.