Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ həmin raketləri Almaniyaya göndərir -Sazişi təsdiqləndi

ABŞ həmin raketləri Almaniyaya göndərir -Sazişi təsdiqləndi

CƏMİYYƏT

265

16.08.2024, 09:29

ABŞ Dövlət Departamenti Almaniyaya Patriot raketlərinin satışına dair sazişi təsdiqləyib.

OXU24.COM  xəbər verir ki, bu barədə "RİA Novosti" Pentaqonun tərkibinə daxil olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyinə istinadla məlumat yayıb .

"Departamentin məlumatına görə, Almaniya hökuməti Vaşinqtondan bu tip 600-ə qədər raket almaq imkanı istəyib", - hesabatda qeyd edilib.

Almaniya həmçinin müvafiq avadanlıq, təlim proqramları, ehtiyat hissələri - bütün lazımi xidmətlərin çeşidini alacaq.

Pentaqon gələcək sazişi faydalı adlandırıb, çünki o, Avropadakı əsas müttəfiqini dəstəkləməklə ABŞ-ın xarici siyasətinin maraqlarına xidmət etməlidir.