Qaynar xətt:

(+99450) 247 90 86

Gədəbəydə qadın bıçaqlandı -Polis onu SAXLADI

Gədəbəydə qadın bıçaqlandı -Polis onu SAXLADI

CƏMİYYƏT

321

15.08.2024, 23:42

Gədəbəy rayonunun Şahdağ kəndində qadın bıçaqlanıb.

OXU24.COM xəbər verir ki, mübahisə zəminində bıçaq xəsarətləri alan 1993-cü il təvəllüdlü Tahirə İsgəndərova xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qadının əri, 1977-ci il təvəllüdlü Mütəllim Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.