Qar yağacaq — Hava XƏBƏRDARLIĞI
05 May 2026, 13:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
299
15.08.2024, 15:28
Məhkəmə İTV-ni cərimələyib.
Bu barədə Audioviovizual Şuradan məlumat verilib.
Həmçinin oxuyun
Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “İTV” televiziya redaksiyasının (kanalının) efirində 04 may 2024-cü il tarixdə 13.00–13.24 saat aralığında yayımlanmış “1 şəhər və 24 saat” proqramında qanunvericiliyin tələblərinin pozulması faktı aşkarlanmışdır. Həmin proqramın yayımı zamanı aparıcının masa üzərindəki alkoqollu içkinin xüsusiyyətlərini təsvir etməsi və həmin şəhərə gələndə onun içilməsini tövsiyə etməsi faktı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 4.2.3-ci maddəsində öz əksini tapmış “uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya” olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir. Həmin Qanunun 9.3-cü maddəsinə uyğun olaraq “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.
“İTV” televiziya redaksiyası proqramın yayımı zamanı qeyd olunan qanunvericilik tələblərinə riayət etməmiş və bununla da, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Bununla bağlı, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 2 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilmişdir. 13 avqust 2024-cü il tarixində Yasamal Rayon Məhkəməsində işə baxılmış və məhkəmənin müvafiq qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti üç manat məbləğində cərimə edilmişdir.
13:26 / 05 May 2026
54
13:19 / 05 May 2026
90
13:19 / 05 May 2026
30
13:07 / 05 May 2026
154
12:49 / 05 May 2026
39
12:39 / 05 May 2026
174
12:26 / 05 May 2026
47
12:16 / 05 May 2026
72
12:02 / 05 May 2026
62
11:56 / 05 May 2026
60
11:39 / 05 May 2026
209
11:35 / 05 May 2026
216
11:25 / 05 May 2026
91
10:59 / 05 May 2026
129
10:50 / 05 May 2026
44
10:24 / 05 May 2026
55
10:20 / 05 May 2026
62
10:05 / 05 May 2026
435
10:01 / 05 May 2026
59
10:00 / 05 May 2026
56
09:59 / 05 May 2026
56
09:58 / 05 May 2026
62
09:57 / 05 May 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.