“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
436
15.08.2024, 10:14
Hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir
Oxu24.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, bunlara səbəb əsasən müxtəlif virus və bakterial infeksiyalardır:
"Hər il isti aylarda kəskin respirator virus infeksiyalarından paraqrip, adenovirus infeksiyaları mühitdə dövr etdiyindən, hazırda da bu tip xəstəliklər qeydə alınır. Hətta isti aylarda bəzən yoluxma saylarında artımlar da müşahidə olunur. Adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Eyni zamanda, hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan və isti dövrlərdə rast gəlinən rotavirus, hava-damcı və təmas ilə daha çox yayılan enteroviruslarıdır".
Ekspert bildirib ki, bu cür infeksiyaların isti aylarda yayılmasının müxtəlif səbəbləri var:
"Bunlara həddən artıq isti havanın immunitetə mənfi təsir göstərməsi, yuxarı tənəffüs yollarının quruması nəticəsində infeksiyalara müqavimətin azalması, kondisionerlərin istifadəsi zamanı açıq hava ilə müqayisədə yaşayış və iş yerlərində kəskin temperatur fərqinin olması, otaqların qapalı saxlanması, yay məzuniyyəti ilə əlaqədar əhalinin müxtəlif kütləvi istirahət tədbirləri, çimərlik mövsümünü və s. aid etmək olar".
T.Eyvazov, həmçinin qeyd edib ki, bu infeksiyalar əsasən yüngül və fəsadsız keçir:
"Özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli, gigiyena qaydalarına əməl etməliyik. Unutmayaq ki, yay aylarında rast gəlinən günvurmanın əlamətləri də bu xəstəliklərlə oxşar ola bilər. Yuxarıda qeyd edilən əlamətləri özündə hiss edən insanlara vaxtında həkimə müraciət etmək tövsiyə olunur".
23:59 / 08 Sentyabr 2026
1
23:39 / 08 Sentyabr 2026
81
23:29 / 08 Sentyabr 2026
26
23:16 / 08 Sentyabr 2026
53
22:46 / 08 Sentyabr 2026
90
22:34 / 08 Sentyabr 2026
58
22:14 / 08 Sentyabr 2026
66
22:00 / 08 Sentyabr 2026
71
21:43 / 08 Sentyabr 2026
59
21:32 / 08 Sentyabr 2026
66
21:25 / 08 Sentyabr 2026
300
21:19 / 08 Sentyabr 2026
72
21:01 / 08 Sentyabr 2026
69
21:00 / 08 Sentyabr 2026
90
21:00 / 08 Sentyabr 2026
60
20:50 / 08 Sentyabr 2026
69
20:48 / 08 Sentyabr 2026
65
20:40 / 08 Sentyabr 2026
60
20:39 / 08 Sentyabr 2026
83
20:25 / 08 Sentyabr 2026
257
20:23 / 08 Sentyabr 2026
64
20:20 / 08 Sentyabr 2026
65
20:10 / 08 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.