Yaxınından Ada ilə bağlı ürəkdağlayan PAYLAŞIM
23 Noyabr 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
365
14.08.2024, 16:28
Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
Mərkəzdən verilən xəbərə görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 599 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 564 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.
Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini avqustun 15-i günün ikinci yarısından etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq.
Rezidenturaya qəbul olunanlar 20 - 26 avqust (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında veriləcək.
23:50 / 23 Noyabr 2026
923
23:32 / 23 Noyabr 2026
173
23:29 / 23 Noyabr 2026
161
23:24 / 23 Noyabr 2026
170
23:19 / 23 Noyabr 2026
170
22:54 / 23 Noyabr 2026
184
22:39 / 23 Noyabr 2026
275
22:37 / 23 Noyabr 2026
194
22:30 / 23 Noyabr 2026
174
22:25 / 23 Noyabr 2026
236
22:14 / 23 Noyabr 2026
249
21:55 / 23 Noyabr 2026
169
21:51 / 23 Noyabr 2026
741
21:44 / 23 Noyabr 2026
214
21:35 / 23 Noyabr 2026
187
21:27 / 23 Noyabr 2026
205
20:55 / 23 Noyabr 2026
2475
20:46 / 23 Noyabr 2026
160
20:37 / 23 Noyabr 2026
193
20:21 / 23 Noyabr 2026
183
20:16 / 23 Noyabr 2026
256
20:09 / 23 Noyabr 2026
210
19:53 / 23 Noyabr 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.