“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
238
13.08.2024, 21:28
Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub
Oxu24.com xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında təşkilatın Rəyasət Heyətinin üzvləri ilə Azərbaycan Yazıçılar Birliyinin bir qrup nümayəndəsi arasında görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov cəmiyyətimizdə vətənprəvərlik tərbiyəsinin gücləndirilməsinin önəminə toxunub. O, qeyd edib ki, görüşün keçirilməsində əsas məqsəd Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Yazıçılar Birliyi arasında bu səpkidə birgə əməkdaşlıq həyata keçirmək, ortaq layihələr reallaşdırmaqdır.
Tədbirdə çıxış edən yazıçı-publisist, Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev vətənpərvərlik tərbiyəsinin təbliği istiqamətində birgə əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. O, qeyd edib ki, veteranlarla yazıçıların ortaq iş birliyi Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunu daha da inkişf etdirə bilər ki, bu da milli maraqlarımızın etibarlı şəkildə müdafiəsi, gənclərin öz milli-mənəvi dəyərlərinə bağlı şəkildə yetişdirilməsi baxımından olduqca vacibdir.
Görüşdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, Əsilzadələr Məclisinin katibi, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı Sayman Aruz, ədəbi tənqidçi, şair Əsəd Cahangir, şair-publisist Əkbər Qoşalı, yazıçı-publisist Aida Eyvazlı, şair-publisist Nuranə Nur, yazıçı-publisist Güləmail Murad, AZTV-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnar Məmmədli, xanəndə Arif Mehmandost, ehtiyatda olan polkovnik Fərhad Süleymanov və başqaları çıxış edərək maraqlı təkliflər səsləndiriblər.
Sonda irəli sürülən təkliflərin dəyərləndirilməsi və yaxın gələcəkdə də oxşar görüşlərin keçirilməsi qərara alınıb.
23:59 / 08 Sentyabr 2026
124
23:39 / 08 Sentyabr 2026
101
23:29 / 08 Sentyabr 2026
56
23:16 / 08 Sentyabr 2026
71
22:46 / 08 Sentyabr 2026
98
22:34 / 08 Sentyabr 2026
64
22:14 / 08 Sentyabr 2026
69
22:00 / 08 Sentyabr 2026
80
21:43 / 08 Sentyabr 2026
62
21:32 / 08 Sentyabr 2026
73
21:25 / 08 Sentyabr 2026
338
21:19 / 08 Sentyabr 2026
76
21:01 / 08 Sentyabr 2026
73
21:00 / 08 Sentyabr 2026
97
21:00 / 08 Sentyabr 2026
63
20:50 / 08 Sentyabr 2026
73
20:48 / 08 Sentyabr 2026
69
20:40 / 08 Sentyabr 2026
64
20:39 / 08 Sentyabr 2026
89
20:25 / 08 Sentyabr 2026
278
20:23 / 08 Sentyabr 2026
65
20:20 / 08 Sentyabr 2026
67
20:10 / 08 Sentyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.