Qaynar xətt:

(+99450) 247 90 86

Naxçıvan MSK-nın tərkibindədəyişiklik edilir

Naxçıvan MSK-nın tərkibindədəyişiklik edilir

CƏMİYYƏT

461

12.08.2024, 16:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.

Oxu24.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov qərar imzalayıb. 

Qərara əsasən, 2024-cü il avqust ayının 12-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılır.

Növbədənkənar sessiyanın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələlər verilib.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin rəsmi internet saytında (//alimajlis.gov.az/) yerləşdirilərək ictimai müzakirəyə çıxarılıb.