Azərbaycanda məqsədli büdcə fondları LƏĞV olunur
10 Sentyabr 2026, 11:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
327
24.07.2024, 11:58
Hamiləliyin süni pozulması (abort) ilə bağlı müayinə və müdaxilələr icbari tibbi sığorta təminatına daxildir.
Xidmət hamilə qadınların sağlamlığının qorunmasını və zəruri hallarda lazım olan tibbi müdaxilələrin vaxtında həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. 2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına hamiləliyin pozulması ilə bağlı 42 039 cərrahi xidmət göstərilib.
Abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.
Hamiləliyin pozulması icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həkim göstərişi əsasında icra olunur.
Statistik göstəricilərə əsasən Bakı şəhərində qeyd olunan tibbi xidmət üzrə ən yüksək müraciət sayı Sabunçu Tibb Mərkəzi, Yeni Klinika, Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Abşeron Rayon Mərkəzi Xəstəxanası, rayonlar üzrə isə Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Şəki Rayon Mərkəzi Xəstəxanası, Saatlı Rayon Mərkəzi Xəstəxanası və Tovuz Rayon Mərkəzi Xəstəxanalarına aiddir.
Ginekoloji problemlər, dölün anomaliyaları, borudan kənar hamiləlik, hamiləlik zamanı ananın sağlamlığı üçün risklər kimi tibbi göstərişlərə əsaslanan hallarda hamiləliyin pozulması zəruri hesab edilir. Bu məqsədlə xüsusi medikamentoz vasitələrdən, kiçik cərrahi müdaxilə ilə həyata keçirilən vakuum aspirasiya və uşaqlıq boşluğunun cərrahi yolla təmizlənməsi olan küretaj üsullarından istifadə olunur. Müvafiq üsul, xəstənin vəziyyəti və hamiləliyin mərhələsinə uyğun olaraq ixtisaslaşmış həkim tərəfindən təyin edilir.
Abortdan əvvəl və sonra aparılan obstetrik doppler müayinəsi, hamiləlik testi hormonu (HCG), ginekoloji USM (transabdominal və transvaginal), qan analizləri və biokimyəvi testlər icbari tibbi sığorta təminatına daxildir.
Hamiləliyin 9-cu həftəsinə qədər olan müddətdə, əməliyyat medikamentoz və ya vakum-aspirasiya üsulları ilə həm ambulator, həm də stasionar şəraitdə həyata keçirilir. 9 həftədən sonra bu əməliyyat yalnız stasionar şəraitdə icra edilir. 12-ci həftədən sonra isə hamiləliyin sonlandırılması yalnız sosial səbəblərlə və tibbi göstəriş əsasında aparılır. Bu tibbi xidmətlərin hər biri icbari tibbi sığorta tərəfindən qarşılanır.
Bundan əlavə, çanaq orqanlarının və cinsiyyət orqanlarının infeksiyası, uzunmüddətli və ya massiv qanaxma, emboliya, şok, böyrək çatışmazlığı, maddələr mübadiləsi pozuntusu, çanaq orqanlarının və toxumalarının zədələnməsi və digər abort fəsadlaşmaları ilə əlaqədar stasionar müalicə də icbari tibbi sığorta tərəfindən təmin edilir.
Ambulator və stasionar şəraitdə aparılan instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, yatış müddətində manipulyasiyalar, qan və ya qan komponentləri, qidalanma icbari tibbi sığorta təminatına daxildir.
11:27 / 10 Sentyabr 2026
1
11:23 / 10 Sentyabr 2026
4
11:17 / 10 Sentyabr 2026
59
11:11 / 10 Sentyabr 2026
32
10:56 / 10 Sentyabr 2026
44
10:55 / 10 Sentyabr 2026
42
10:45 / 10 Sentyabr 2026
40
10:35 / 10 Sentyabr 2026
48
10:09 / 10 Sentyabr 2026
281
10:08 / 10 Sentyabr 2026
56
09:45 / 10 Sentyabr 2026
57
09:20 / 10 Sentyabr 2026
56
09:19 / 10 Sentyabr 2026
144
09:17 / 10 Sentyabr 2026
64
00:34 / 10 Sentyabr 2026
92
23:34 / 09 Sentyabr 2026
79
23:22 / 09 Sentyabr 2026
89
23:04 / 09 Sentyabr 2026
93
22:55 / 09 Sentyabr 2026
76
22:44 / 09 Sentyabr 2026
75
22:32 / 09 Sentyabr 2026
69
22:14 / 09 Sentyabr 2026
68
22:04 / 09 Sentyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.