Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112034
az

Azərbaycan nazirləri hansı universitetləri bitirib? (SİYAHI)

18:0713 İyun, 2024
376
CƏMİYYƏT
  • A

Azərbaycan nazirlərinin içərisində həm Azərbaycan univeritetlərində, həm də dünya universitetlərində təhsil alanlar var. Onlar müxtəlif peşələrə yiyələniblər. İçərilərində, həkim, hüquqşünas, iqtisadçı və s. ixtisaslar üzrə təhsil alanlar var.

Valyuta.az azərbaycanlı nazirlərin bitirdiyi universitetlərin siyahısını təqdim edir:

Baş nazir - Əli Əsədov 

1964-1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. 

Daxili işlər naziri - Vilayət Eyvazov

İlkin təhsilini Culfada alan Vilayət Eyvazov 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

Ekologiya və təbii sərvətlər naziri - Muxtar Babayev

1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirib. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını, 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını, 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib. 

Elm və təhsil naziri - Emin Əmrullayev

2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2003-2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. 2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.

Energetika naziri - Pərviz Şahbazov

1986-1992-ci illərdə Neft və Kimya İnstitutunda (indiki Neft və Sənaye Universiteti) təhsil alıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri - Sahil Babayev

Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

Fövqəladə hallar naziri - Kəmaləddin Heydərov

1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Gənclər və idman naziri - Fərid Qayıbov

1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib.  

2014-cü ildə P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

Xarici işlər naziri - Ceyhun Bayramov

1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunda iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetində isə hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.

İqtisadiyyat naziri - Mikayıl Cabbarov

1992-1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1997–1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 

2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Kənd təsərrüfatı naziri - Məcnun Məmmədov

2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr təhsili alıb.

2017-ci ildə ABŞ-də aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub.

Maliyyə naziri - Samir Şərifov

1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.

Mədəniyyət naziri - Adil Kərimli

1999-cu ildə Bakı Dövlət Universitetnin hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilib və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb.

Müdafiə naziri - Zakir Həsənov

1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.

Müdafiə sənayesi naziri - Vüqar Mustafayev

2008-ci ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə - Menecment ixtisasını fərqlənmə ilə bitirib.

2010-2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr proqramı üzrə təhsil alıb.

2016-cı ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı, "Certified İnternal Auditor (CİA)" – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə edib və 2020-ci ildən beynəlxalq "İBM Data Science Specialization" - Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri - Rəşad Nəbiyev

1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Səhiyyə naziri - Teymur Musayev

1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb. 2003–2004-cü illərdə Fransanın "Universite Strasburg 1" Universitetində "laparoskopik cərrahiyyə" ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013–2015-ci illərdə "Riga İnternational School of Business and Economics" və "Riga Stadins University" birgə magistratura təhsili alıb. 2015-ci ilin may ayında "Master fo Health Management (business executive)" magistr dərəcəsini alıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bərdədə qidadan zəhərlənən altı azyaşlının son durumu məlum oldu
Şahbuzun dağlıq kəndlərinə leysan və dolu yağır
Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi GÖNDƏRDİ

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Küçədə oğlan bıçaqlandı (18+VİDEO)
Ermənistan sərhəddə nə daşıyır? - GÖRÜNTÜLƏR
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Alimlər xərçəngin yaranmasından bir neçə il əvvəl onu proqnozlaşdırmaq üçün bir üsul tapıblar
Masaj etdirdiyi qadını yaraladı - Yenidən 10 illik həbs olundu