Bakıda 23 məktəbə yeni direktor təyin edilib
25 Noyabr 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
326
13.06.2024, 10:18
Azərbaycanda şəhid ailələrinin hüquqları artırılır.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik layihəsini təqdim edərkən deyib.
O bildirib ki, dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.
Şöbə müdiri qeyd edib ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir:
"Bu baxımdan, şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı dəyişikliyi nəzərdə tutan layihə bu sahədə növbəti müsbət addım olaraq dəyərləndirilməlidir. Belə ki, mövcud qanunvericilik sistemində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb".
A.Vəliyev vurğulayıb ki, qanun layihəsi məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
12:52 / 25 Noyabr 2026
1
12:45 / 25 Noyabr 2026
35
12:37 / 25 Noyabr 2026
42
12:27 / 25 Noyabr 2026
64
12:21 / 25 Noyabr 2026
101
12:18 / 25 Noyabr 2026
70
12:14 / 25 Noyabr 2026
88
12:05 / 25 Noyabr 2026
82
11:58 / 25 Noyabr 2026
83
11:52 / 25 Noyabr 2026
302
11:50 / 25 Noyabr 2026
99
11:48 / 25 Noyabr 2026
94
11:45 / 25 Noyabr 2026
82
11:40 / 25 Noyabr 2026
100
11:38 / 25 Noyabr 2026
106
11:29 / 25 Noyabr 2026
92
11:25 / 25 Noyabr 2026
100
11:15 / 25 Noyabr 2026
117
11:11 / 25 Noyabr 2026
100
11:10 / 25 Noyabr 2026
107
10:55 / 25 Noyabr 2026
527
10:55 / 25 Noyabr 2026
94
10:52 / 25 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.