Bakıda 23 məktəbə yeni direktor təyin edilib
25 Noyabr 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
928
12.06.2024, 22:39
Gecələr qəfil yaranan qaşınma yatmağınıza mane olur və ya səpgilərlə müşayiət olunursa, mütəxəssisə müraciət etməyi gecikdirməməlisiniz.
Ancaq bəzi qaşıntıların bəsit səbəbləri də ola bilər.
OXU24.COM xəbər verir ki, gecə baş verən əsassız qaşınmaların səbəbləri atopik dermatit, ürtiker və psoriaz kimi dermatoloji problemlər ola bilər.Gecə qaşınmasına səbəb ola biləcək xəstəliklər arasında dəmir çatışmazlığı, şizofreniya, narahat ayaqlar sindromu da var. Həmçinin hamiləlik də qaşıntıya səbəb ola bilər.
Bədəndə qaşınma ekzema kimi dəri xəstəlikləri, həşərat dişləmələri, çiçək tozu, qida və dərmanlara allergik reaksiyalar, parazitlər, hormonal dəyişikliklər, qaraciyər xəstəlikləri, diabet, limfoma və bəzi xərçəng növləri səbəbindən baş verə bilər.
Nə zaman təhlükəli hesab edilməlidir?
Əgər qaşınma dərinin və gözlərin sararması, qarın ağrısı və şişkinlik, sidiyin rənginin tündləşməsi kimi əlamətlərlə müşayiət olunarsa, səbəbi qaraciyər xəstəliyi ola bilər. Belə hallarda mütləq həkimə müraciət edilməlidir.
Qaşıntının qarşısını necə almaq olar?
Qaşıntının səbəbi təhlükəli xəstəlik deyilsə, müalicəsində mütəmadi olaraq nəmləndiricidən istifadə etmək, soyuq kompres tətbiq etmək, dərinin təmizlənməsinə diqqət yetirmək, antihistaminik dərmanlardan istifadə etmək, pambıq paltarlar geyinmək, kifayət qədər su içmək, qaşıntıya yaxşı təsir edən mineral və vitaminlərdən istifadə etmək vacibdir.
Məsələn, hindistan qozu yağında olan E vitamini dərinin rahatlamasına kömək edərək qaşınmanın qarşısını alır. Bu yağı dərinizə az miqdarda tətbiq edə bilərsiniz. Bu, həm də qaşınma nəticəsində yaranan səpgilərin qarşısını alacaq.
12:58 / 25 Noyabr 2026
26
12:57 / 25 Noyabr 2026
34
12:55 / 25 Noyabr 2026
39
12:52 / 25 Noyabr 2026
47
12:45 / 25 Noyabr 2026
54
12:37 / 25 Noyabr 2026
63
12:27 / 25 Noyabr 2026
77
12:21 / 25 Noyabr 2026
109
12:18 / 25 Noyabr 2026
78
12:14 / 25 Noyabr 2026
95
12:05 / 25 Noyabr 2026
87
11:58 / 25 Noyabr 2026
87
11:52 / 25 Noyabr 2026
325
11:50 / 25 Noyabr 2026
104
11:48 / 25 Noyabr 2026
99
11:45 / 25 Noyabr 2026
86
11:40 / 25 Noyabr 2026
105
11:38 / 25 Noyabr 2026
110
11:29 / 25 Noyabr 2026
96
11:25 / 25 Noyabr 2026
102
11:15 / 25 Noyabr 2026
118
11:11 / 25 Noyabr 2026
103
11:10 / 25 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.