Qaynar xətt:

(+99450) 247 90 86

Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı

Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı

CƏMİYYƏT

478

12.06.2024, 21:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Küveytin cənubundakı Manqaf şəhərində yaşayış binasında baş verən yanğında azı 49 nəfər ölüb.

OXU24.COM  xəbər verir ki, bu barədə KUNA agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, yanğınsöndürənlər yanğını söndürüb, səlahiyyətlilər araşdırma aparır.

Küveyt hökuməti başçısının birinci müavini Şeyx Fəhd Yusef Səud əs-Sabah hadisənin bütün detalları müəyyənləşdirilənə qədər binanın sahibinin saxlanılacağına söz verib.

"Təəssüf ki, mülk sahiblərinin tamahkarlığı belə hallara gətirib çıxarır... Mən bələdiyyə rəhbərliyindən xahiş edəcəm ki, sabahdan mülk sahiblərinə xəbərdarlıq etmədən qanun pozuntularının aradan qaldırılmasına başlasınlar", - baş nazirin müavini vurğulayıb.