Sentyabr ayında pul içində üzəcək BÜRCLƏR
10 Sentyabr 2026, 23:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
479
12.06.2024, 18:44
2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbulu iyunun 13-də saat 15:00-da yekunlaşır.
Təhsil İnstitutundan Oxu24.com-a bildirilib ki, lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçirilir. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.
Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim ediləcək.
Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçirilən lisey və gimnaziyalar haqqında məlumatı linkdən əldə etmək olar. Müvafiq lisey və gimnaziyalara qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı 7 və 8-ci siniflər üzrə iyunun 21-də, 6-cı siniflər üzrə iyunun 22-də, 5-ci siniflər üzrə iyunun 23-də keçiriləcək.
23:14 / 10 Sentyabr 2026
373
23:08 / 10 Sentyabr 2026
78
23:03 / 10 Sentyabr 2026
88
23:00 / 10 Sentyabr 2026
63
22:53 / 10 Sentyabr 2026
65
22:44 / 10 Sentyabr 2026
75
22:40 / 10 Sentyabr 2026
2113
22:36 / 10 Sentyabr 2026
68
22:28 / 10 Sentyabr 2026
67
22:20 / 10 Sentyabr 2026
72
21:54 / 10 Sentyabr 2026
288
21:50 / 10 Sentyabr 2026
70
21:35 / 10 Sentyabr 2026
89
21:30 / 10 Sentyabr 2026
122
21:27 / 10 Sentyabr 2026
64
21:20 / 10 Sentyabr 2026
79
21:16 / 10 Sentyabr 2026
78
21:15 / 10 Sentyabr 2026
80
21:06 / 10 Sentyabr 2026
82
20:51 / 10 Sentyabr 2026
129
20:50 / 10 Sentyabr 2026
77
20:40 / 10 Sentyabr 2026
76
20:38 / 10 Sentyabr 2026
721
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.