Elgiz hər şeyi danışıdı:Onlar üçün nə fərqi var?
11 Sentyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
290
30.05.2024, 12:07
Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin nazirlikləri və dövlət qurumlarının mətbuat xidmətləri üçün keçirilən “İnformasiya xidmətləri–2024: yerli və xarici təcrübə” adlı seminar çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş baş tutub.
Oxu24.com xəbər verir ki, görüşdə qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nun icra vəziyyəti müzakirə olunub.
Bununla yanaşı, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi” çərçivəsində kommunikasiya sahəsinə məsul struktur bölmələrin fəaliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı birgə təcrübə mübadiləsinin aparılması, hədəf və tədbirlərin müəyyən edilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkilinin zəruriliyi vurğulanıb.
Görüş çərçivəsində media savadlılığının artırılmasında maraqlı olan dövlət orqan və qurumları, elm-təhsil müəssisələri arasında əlaqələrin formalaşdırılması, eyni zamanda media müstəvisində informasiya hücumlarına qarşı effektiv mübarizə metodlarının tətbiqinə həsr olunmuş dəyirmi masaların keçirilməsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


14:15 / 11 Sentyabr 2026
12
14:11 / 11 Sentyabr 2026
30
14:06 / 11 Sentyabr 2026
35
13:53 / 11 Sentyabr 2026
48
13:49 / 11 Sentyabr 2026
92
13:42 / 11 Sentyabr 2026
372
13:28 / 11 Sentyabr 2026
77
13:05 / 11 Sentyabr 2026
64
12:57 / 11 Sentyabr 2026
78
12:52 / 11 Sentyabr 2026
940
12:48 / 11 Sentyabr 2026
127
12:45 / 11 Sentyabr 2026
94
12:31 / 11 Sentyabr 2026
100
12:24 / 11 Sentyabr 2026
181
12:21 / 11 Sentyabr 2026
69
12:14 / 11 Sentyabr 2026
71
12:06 / 11 Sentyabr 2026
275
11:59 / 11 Sentyabr 2026
70
11:58 / 11 Sentyabr 2026
63
11:55 / 11 Sentyabr 2026
747
11:50 / 11 Sentyabr 2026
70
11:31 / 11 Sentyabr 2026
67
11:30 / 11 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.